Afrika İttifaqı Malinin üzvlüyünü dayandırdı

Afrika İttifaqı Malinin üzvlüyünü dayandırdı Afrika İttifaqı (Aİ) Mali hərbçilərinin qiyamına cavab olaraq ölkənin təşkilatdakı üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.
Bu barədə AI-nin Sülh və Təhlükəsizlik Şurasının tvitterində məlumat verilib.
“Aİ Mali üzvlüyünü Konstitusiya qaydalarının bərpasınadək dayandırır”, - təşkilat qeyd edib.
Bundan başqa, Afrika İtifaqı “ordu tərəfindən məcburi saxlanılan Prezident İbrahim Bubakar Keyta, Baş Nazir və hökumətin digər üzvlərinin azad olunmasını” tələb edib.

Tehsil-press.az

Oxşar xəbərlər