Bu ölkənin paytaxtı dəyişəcək

Bu ölkənin paytaxtı dəyişəcək Afrika ölkəsi Burundi paytaxtını dəyişmək qərarı alıb.
Tehsil-press.az xəbər verir ki, ölkənin Nazirlər Kabineti yeni paytaxtın Giteqa olması barədə qərar qəbul edib.
Hazırki paytaxt Bucumbura isə iqtisadi paytaxt olaraq qalacaq.
2019-cu ilin yanvarından etibarən qüvvəyə minəcək qərara görə, ilkin mərhələdə 5 nazirlik Giteqaya köçürüləcək.

Tehsil-press.az



Oxşar xəbərlər