Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir. Qəbul https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.
Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Müvafiq qruplara qəbula dair sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə, bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət etmək olar. Həmçinin rayon (şəhər) təhsil idarələrinin (şöbələrinin) telefon nömrələrinə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə suallara aydınlıq gətirmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər