Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.
Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılır və proses sentyabrın 14-də yekunlaşır.
Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu bir sıra prioritetlər nəzərə alınmaqla aparılır.
Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd edilən uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonlarda isə valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar üstünlüyə malikdirlər.

Tehsil-press.az

Oxşar xəbərlər