Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.
Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
İşğal altında olan rayon məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon (şəhər) təhsil şöbəsini (idarəsini) seçib qeydiyyatdan keçmək lazımdır.
Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş məcburi köçkün vəsiqəsi ilə birlikdə alternativ qeydiyyat mərkəzlərinə müraciət etməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər