Avqustun 21-də keçirilmiş fərq imtahanlarının nəticələri elan olunub

Avqustun 21-də keçirilmiş fərq imtahanlarının nəticələri elan olunub Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 21-də keçirilən 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanın (Azərbaycan və ya rus dili) nəticələri elan olunub.
İmtahanda iştirak edən abituriyentlər https://eservices.dim.gov.az/2020/netTEX/?frm=egov linkinə daxil olaraq “Şəxsi kabinet” in istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər