Bu gün Aşuradır

Bu gün Aşuradır Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.
Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayıb.
Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb.
Bu səbəbdən Məhərrəmlik dövründə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə təşkil olunan qanvermə aksiyasına qoşulmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında qan verə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər