Aşura günü təxminən 4 min nəfər qan verib

Aşura günü təxminən 4 min nəfər qan verib Xəbər verildiyi kimi, ötən bazar günü Aşura mərasimi zamanı ölkəmizin 17 məscidində, Mərkəzi Qan Bankında və onun bölgələrdəki filiallarında qanvermə aksiyası keçirilib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan AzərTac-a verilən məlumata görə, həmin gün 2146 nəfər könüllü paytaxtın 9 məscidində qanvermə kampaniyasında iştirak edib, 286 nəfər isə Mərkəzi Qan Bankına gələrək qan verib. Bunun nəticəsində həmin gün 1099 litr qan tədarük olunub.
Həmin gün bölgələrdə isə 1385 nəfər könüllü olaraq donor kimi qan verib, Mərkəzi Qan Bankının Şirvan və Quba filiallarının birgə səyi ilə 623, 3 litr qan tədarük edilib.
İnstitutdan verilən məlumatda bildirilir ki, aksiyada iştirak edənlərdən 122 nəfərin qanında müxtəlif virus və xəstəliklər aşkar edilib.
Nəticədə Aşura günü keçirilən qanvermə aksiyası nəticəsində könüllü donorların sayəsində 1722,3 litr qan ehtiyatı yaradılıb.

Təhsil-press.az


Oxşar xəbərlər