Peşə təhsili pilləsi üzrə müraciət edənlərin yekun sayı açıqlanıb.
2020-2021-ci tədris ili üzrə tələbə qəbulu prosesində 13946 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən illə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. Qeyd edək ki, peşə təhsili pilləsi üzrə müraciətlər https://qebul.vet.edu.az/ platforması vasitəsilə avqustun 10-dan 24-dək iki mərhələdə aparılıb. I mərhələ çərçivəsində dövlət vəsaiti hesabına maliyyələşən qruplar üzrə 73 faiz, ödənişli əsaslarla maliyyələşən qruplar üzrə isə 27 faiz uğurlu müraciət daxil olub.
Qeyd edək ki, peşə təhsili pilləsinə qəbulun I mərhələsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinə sosial media platformaları və yaradılmış “Qaynar xətt” üzərindən 3000-dək müraciət daxil olub. 2020-2021-ci tədris ili üzrə peşə təhsili almaqda maraqlı olanların sayında artım xüsusilə ikili proqramlar çərçivəsində tətbiq olunan ixtisaslarda müşahidə olunub.
Peşə təhsilinin təşviqi məqsədilə gənclərin aktiv olduğu sosial media platformalarından geniş istifadə edilib, “Virtual məktəb” layihəsi çərçivəsində qeydiyyatdan keçən məktəblilər məlumatlandırılıb, rayon təhsil şöbələri ilə sıx əməkdaşlıq aparılıb.
Müsabiqənin nəticələrinin bu gün – avqustun 25-i elan olunması nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə məlumat SMS vasitəsilə təqdim edilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yer alacaq.
Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Peşə təhsili müəssisələrində tədris dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.
Nəticələr elan olunduqdan və qəbul edilənlər qeydiyyatdan keçdikdən sonra vakant yerlər qalarsa, peşə təhsili müəssisələrinə sentyabrda əlavə qəbul keçiriləcək.
Tehsil-press.az