Çində ötən sutka ərzində cəmi 1 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində cəmi 1 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb Çində ötən sutka ərzində cəmi 1 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.
Yeni yoluxma halı Daxili Monqolustan Muxtar Rayonunda, xaricdən qayıtmış vətəndaşda qeydə alınıb.
Bildirilir ki, ötən sutka ərzində 15 nəfərdə simptomsuz koronavirus aşkarlanıb, 760 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.
Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 919 nəfərə çatıb, ölənlərin sayı isə 4 633 nəfər səviyyəsində qalıb.

Tehsil-press.az

Oxşar xəbərlər