Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyatı davam edir

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyatı davam edir Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatı davam edir.
Qəbul olunan abituriyentlər sentyabrın 25-i saat 17:00-dək lazımi sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Bu gün saat 11:00-a olan məlumata əsasən, kollecə qəbul olunan abituriyentlərin yalnız 25 faizi qeydiyyatdan keçib.
Abituriyentlərin nəzərinə çatdırılır ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

Tehsil-press.az

Oxşar xəbərlər