Alimlər Yer planetinin ən quraq yerlərindən birinin torpağında çoxlu mikrob aşkarlayıblar. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.
Tədqiqatın müəlliflərindən biri, Kornell Universitetindən (ABŞ) astronom Alberto Feyrenin sözlərinə görə, Atakama səhrasında 30 santimetr dərinlikdə olan gildə müxtəlif bakteriyalar olduğu müəyyən edilib. Bu, o deməkdir ki, milyard illər öncə Mars planetində analoji şəraitdə həyat ola bilərdi.
Son illər alimlər planetin yaşayış üçün əlverişsiz və əlçatmaz yerlərində müxtəlif mikrobların yaşamasına dair bir sıra nümunələr tapıblar. Məsələn, Marian çökəkliyinin dibində, Hind okeanının dərinliyində, habelə Vostok buzaltı göldə bakteriya koloniyaları aşkarlanıb. Belə mikroorqanizmlərin axtarışı və tədqiqi elm üçün son vacibdir, çünki onların yaşayış şəraiti həyatın mövcudluğu ehtimal edilən Mars planetində, Enkelad, Qanimed, Avropa peyklərində, eləcə də Günəş sistemindəki digər obyektlərdəki şəraitə oxşaya bilər. Yəni Yerdəki ekstremal mikroorqanizmləri öyrənməklə astroloqlar onları kosmosun harasında axtarmağın daha yaxşı olduğunu müəyyən edə bilərlər.
Antarktika və yüksək dağ səhralarında yaşaya bilən bakteriyalar isə xüsusi maraq doğurur, çünki həmin yerlərin iqlimi Marsdakı şəraitə uyğundur.
Feyren və onun həmkarları ən quraq yerlərdən birində - Atakama səhrasının mərkəzindəki Yunqay ərazisində mikroblar aşkar ediblər. Yunqayda çoxlu smektit var. Onun analoqu vaxtilə göl və çayların olduğu Qırmızı planetdə marsoxodlar tərəfindən aşkarlanıb.
Bu cür gillərin qalıqlarını “EkzoMars” missiyası tədqiq edəcək. Plana görə tədqiqat 2023-cü ildə aparılacaq. Buna hazırlaşan planetoloqlar Atakamadan götürülən süxurları ətraflı öyrənməyi qərara alıblar.
Tədqiqat aparılan ərazidə daim böyük temperatur dəyişiklikləri olur, rekord miqdarda ultrabənövşəyi şüalanma baş verir və tərkibində böyük miqdarda oksidləşdirici molekul olur. Alimlər gildə kifayət qədər su və az miqdarda mikrob olduğunu müəyyən ediblər. Gilin ümumi kütləsinin 0,1 faizi bakteriyaların payına düşür. Bu, dünya standartlarına görə çox yığcamdır, lakin həmin mikrobların növ müxtəlifliyi gözlənilməz dərəcədə zəngin olub. Alimlərin sözlərinə görə, onların mövcudluğuna dair izləri həm “EkzoMars”da, həm də iyul ayında Qırmızı planetə göndərilmiş “Perseverance” marsoxodunda quraşdırılmış alətlər aşkar edə bilər.
Feyren və onun həmkarlarının fikrincə, toplanmış gil nümunələri hər iki missiyanın iştirakçılarına Marsda həyat izinin axtarışına hazırlaşmaq və sərəncamlarında olan resurslardan səmərəli istifadə etmək kömək edəcək.
Tehsil-press.az