Antibiotiklərin təsirinə dayanıqlı olan bakteriyalar tapılıb

Antibiotiklərin təsirinə dayanıqlı olan bakteriyalar tapılıb Kanadanın Makmaster və Akron Universitetinin alimləri Meksikanın dərin mağaralarında antibiotiklərin təsirinə dayanıqlı olan nadir bakteriyalar tapıblar. Məlum olub ki, bu mikroorqanizmlərin təqribən 4 milyon il yaşı var.
Tehsil-press.az xəbər verir ki, mağaraya tarixi obyekt kimi UNESCO-nun təbii irsi statusu verilib. Amma bu mağaraların içində daim çoxalan viruslar üzündən 20 il əvvəl onlara giriş qadağan edilib. Sən demə, bu mağaralarda mikroblar özünəməxsus ssenariyə uyğun yaşayır və çoxalır. Bu mikroblar ətraf mühitin təsirinə düşmür. Tədqiqatçılar genomu öyrənən biokimyəvi analiz və texnologiyalar vasitəsilə bakteriyaların ştammlarını tədqiq ediblər. Beləcə mikroorqanizmlərin daxili strukturunu görə biliblər.
Sonra alimlər müasir antibiotikləri bakteriyalar üzərində sınaqdan keçiriblər. Bakteriyalar 18 növ müasir preparata qarşı dayanıqlı olub. Alimlər bunu mikrobların strukturundakı mutasiyaların heç bir antibiotikin olmadığı 4 min il əvvəl formalaşması ilə izah ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər