Bakı Xoreoqrafiya Akademiyasının kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı Xoreoqrafiya Akademiyasının kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna pul vəsaiti köçürüb.
Professor-müəllim və inzibati-texniki heyətlərin üzvləri əməkhaqlarından ianə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 15 min 800 manat vəsait köçürüblər.
Torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan rəşadətli ordumuz qürur mənbəyimizdir. Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda qazandığı qələbələr bütün xalqımıza ruh yüksəkliyi bəxş edib. Qarabağ Azərbaycandır!

Tehsil-press.az

Oxşar xəbərlər