Azərbaycanın 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi işğal nəticəsində məhv edilib

Azərbaycanın 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi işğal nəticəsində məhv edilib İlkin hesablamalara əsasən, Ermənistanın işğalı nəticəsində Azərbaycanın 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilib. Həmçinin 1 milyon hektar yararlı torpaq sahəsi işğal altında qalaraq yararsız hala düşüb. Bundan başqa,130 min hektar suvarılan torpaq, 40 min hektara yaxın üzüm və digər meyvə bağları məhv edilib.
Bu fikri İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair UNEC-də aparılan müzakirələr zamanı səsləndirib. O qeyd edib ki, hesablamalara görə işğaldan öncə Qarabağ və ətrafındakı rayonların ölkənin ümumi taxıl istehsalında payı 20 faizdən yuxarı idi, kartof, üzüm və digər əkinçilik məhsullarının ölkənin istehsalında payı müvafiq olaraq təxminən 40-45 faiz arasında dəyişirdi.
İlkin hesablamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan İşçi Qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər