Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair müzakirələrə start verilir.
Noyabrın 16-da keçiriləcək ilk müzakirə “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunacaq. UNEC-in rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC-in nəzdindəki İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Müzakirələr saat 11:00-da UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.
Tehsil-press.az