Hindistan Didaktik Assosiasiyası Azərbaycan və Qırğızıstan ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə "Distant təhsilin üstünlükləri, problemləri və həll yolları" mövzusunda onlayn dəyirmi masa təşkil edib. Tədbirdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov təmsil edib.
Dəyirmi masada çıxışı zamanı İ.Muradov təmsil olunduğu universitet, onun beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları barədə məlumat verib, distant təhsilin üstünlükləri, problemləri və həll yollarından danışıb. O qeyd edib ki, pandemiya şəraiti olmasına baxmayaraq AzMİU-nun tələbələri distant formada dərslərini uğurla davam etdirir, beynəlxalq layihələrdən istifadə edirlər.
Tehsil-press.az