Memarlıq və İnşaat Universiteti distant təhsillə bağlı təlimləri davam etdirir

Memarlıq və İnşaat Universiteti distant təhsillə bağlı təlimləri davam etdirir Azərbaycan Memarlıq və İnşaat Universitetində distant təhsilin təşkilində qarşıya çıxacaq problemlərin qarşısını almaq məqsədilə təlimlər davam etdirilir.
Avqust ayından start götürən təlimlər bu ali təhsil ocağının İKT mərkəzi tərəfindən aparılır. Mərkəzin əməkdaşları pandemiya dövründə “Zoom” platformasından istifadədə çətinlik çəkən yaşlı müəllimlərə lazımi kömək göstərir. Təlimlərdə bütün kafedralar üzrə onlayn dərsləri apara bilməyən müəllimlərin iştirakı təmin olunur.
Qeyd edək ki, sentyabrın 12-də keçirilən təlimdə 75 müəllim iştirak edib. Onlardan bəziləri təkrar təlim keçiblər. Ümumilikdə bu günə qədər 250-dən çox müəllim təlimlərə qoşulub.

Tehsil-press.az

Oxşar xəbərlər