Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşlarında düzgün proporsional artım nəzərdə tutulmayıb:
"Milli Məclisə bununla bağlı çoxsaylı müraciətlər edilir. Məsələn, 31 bal yığan müəllimlə 50 bal yığan müəllim eyni artımı - cəmi 10 faizi ala bilir. Təklif edirəm ki, 41-50 bal arası toplayan müəllimlərin maaş artımı 20-25 faiz olsun".
Tehsil-press.az