AzMİU və Xarkov Milli Avtomobil Yolları Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb

AzMİU və Xarkov Milli Avtomobil Yolları Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Xarkov Milli Avtomobil Yolları Universitetinin dəvəti ilə Ukraynada səfərdə olublar.
Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə və Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının baş müəllimi Rövşən Sədiyev Xarkov Milli Avtomobil Yolları Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Georgi Toxtar ilə görüşüblər. Görüşdə universitetlərarası qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə danışıqlar aparılıb.
Daha sonra AzMİU-nun nümayəndələri universitetin fakültələri ilə tanış olublar. Sonra onları universitetin rektoru, professor A.M.Turenko qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb, iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. E.Yusifzadə AzMİU haqqında geniş təqdimatla çıxış edib, sualları cavablandırıb.
AzMİU-nun əməkdaşları “Nəqliyyat qurğuları: vəziyyəti, saxlanılma problemləri və təmiri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da iştirak ediblər. Konfransın açılış mərasimində E.Yusifzadə təbrik nitqi söyləyib və təmsil etdiyi universitet barədə məlumat verib.
Konfransın plenar iclasında R.Sədiyev məruzə ilə çıxış edib.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər