Kimsəsiz uşaqların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görüləcək

Kimsəsiz uşaqların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görüləcək 2021–2025-ci illərdə baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görüləcək.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.
İşin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
Fəaliyyət Planında, həmçinin təhsil müəssisələrində psixoloji xidmətin, eləcə də peşəyönümlü məsləhətlər xidmətinin təkmilləşdirilməsi və təşviqi nəzərdə tutulur. Bu tədbirləri isə Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər