Ümumi təhsildə peşəyönümünə dair məsləhət xidmətləri təkmilləşdiriləcək

Ümumi təhsildə peşəyönümünə dair məsləhət xidmətləri təkmilləşdiriləcək “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş bu sənəd hazırlananda ölkədə orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından qaynaqlanırdı. Hazırda bu sahədə dövlət tərəfindən mühüm addımlar atılıb.
Tehsil-press.az xəbər verir ki, ümumi təhsildə peşəyönümünə dair məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 2021–2025-ci illərdə infrastrukturu gücləndirəcək.
Bu məqsədlə pilot layihə olaraq 10 məktəbdə peşəyönümü məsləhət xidmətlərinin daha səmərəli həyata keçirilməsi üçün infrastruktur yenilənəcək.

Tehsil-press.az

Oxşar xəbərlər