2021-2025-ci illərdə Azərbaycanda işçi qüvvəsinin sertifikasiyası sistemi formalaşdırılacaq

2021-2025-ci illərdə Azərbaycanda işçi qüvvəsinin sertifikasiyası sistemi formalaşdırılacaq Dünyanın bir çox ölkələrində tətbiq edilən səriştələrin tanınması insanlara formal təhsil və təlim sistemindən kənarda müxtəlif öyrənmə mühitində və fərqli üsullarla, əsasən də praktiki olaraq əldə etdikləri bilik, bacarıq və səriştələrin müəyyən edilməsi, qiymətləndirilməsi və tanınması imkanını yaradır. Azərbaycanda da bu sahədə mühüm addımlar atılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planında “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən səriştələrin tanınması, peşə və kvalifikasiya standartları əsasında işçi qüvvəsinin sertifikasiyası sisteminin formalaşdırılması nəzərdə tutulub.
Tədbirlər Planına əsasən müvafiq sertifikasiya sistemi 2021-2025-ci illərdə Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə birgə formalaşdırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər