Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlər görüləcək.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.
Strategiyada, həmçinin qeyd olunur ki, qəyyumluğa, himayəyə və övladlığa götürülmüş uşaqların sonrakı təhsil, tərbiyə və sağlamlıq vəziyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı mövcud mexanizm təkmilləşdiriləcək.
Xatırladaq ki, Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, respublika ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.
Tehsil-press.az