Bu il beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarları hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əks olunub.
Dövlət Proqramında 2019-2020-ci illər üçün beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması da nəzərdə tutulub.
İşin icrası Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər qurumlara tapşırılıb.
Tehsil-press.az