Doktorant və dissertantlar ixtisas fənnindən minimum imtahanı veriblər

Doktorant və dissertantlar ixtisas fənnindən minimum imtahanı veriblər Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan dissertant və doktorantların neft kimyası, kimya texnologiyası və mühəndisliyi, neft-qaz-daş kömür emalı və texnologiyası, qaz emalı proseslərinin kimyası və texnologiyası, kimya və texnikanın əsasları ixtisasları üzrə minimum imtahanları keçirilib. Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun sabiq doktorant və dissertantları – elmi işçilər Lalə Mahmudova və Xədicə Məmmədyarova neft kimyası ixtisası üzrə minimum imtahanı veriblər.
Minimum imtahanları dekabrın 17-də yekunlaşacaq. İmtahanda göstərilən ixtisaslar üzrə cəmi 38 nəfər iştirak edəcək. İmtahan hər gün iki növbədə və hər növbədə 5 nəfər olmaqla karantin qaydalarına riayət edilməklə keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər