Azərbaycanın ən gənc magistrantı AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda təhsil alacaq

Azərbaycanın ən gənc magistrantı AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda təhsil alacaq Ölkənin ən gənc magistrantı, 19 yaşlı Nigar Veysəlova Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) təhsil alacaq.
Nigar Veysəlova Bakı Dövlət Universitetinin məzunudur. O, nanomateriallar kimyası ixtisası üzrə respublikada ən yüksək bal – 131 bal toplayıb. Nigar magistratura təhsilini Azərbaycan elminin ən qocaman, bu il 90 illik yubileyini qeyd edəcək akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda almağa qərar verib. Dövlət İmtahan Mərkəzi onun bu seçimini təsdiqləyib.
Bununla bağlı gənc magistrant NKPİ-də olub, bu elmi müəssisənin direktoru, akademik Vaqif Abbasovla görüşüb. Vaqif Abbasov Nigar Veysəlovanı magistraturaya daxil olması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər