Neft-Kimya Prosesləri İnstitutunda magistrantların dissertasiya işləri müdafiəyə təqdim olunub

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların dissertasiya işləri müdafiəyə təqdim olunub AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “Nanomateriallar kimyası”, “Neft Kimyası” və “Ətraf mühit kimyası” ixtisasları üzrə təhsil alan II kurs magistrantlarının dissertasiya işlərinin onlayn rejimdə ilkin müzakirəsi keçirilib.
Müzakirələrdə institutun direktoru, akademik Vaqif Abbasov və elmi rəhbərlər, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev iştirak ediblər.
Tədbirdə magistrantların məruzələri dinlənilib, suallar cavablandırılıb və buraxılış işlərinin əsas müdafiəyə təqdim olunması qərarlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər