Neft-Kimya Prosesləri İnstitutunda magistrantların onlayn imtahanları davam edir

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların onlayn imtahanları davam edir AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) magistrantların yay imtahan sessiyası davam edir.
I kurs magistrantların neft kimyası, nanomateriallar kimyası və ətraf mühit kimyası ixtisaslaşmaları üzrə kimyanın tarixi və metodologiyası fənnindən imtahanı keçirilib.
Həmçinin institutda neft kimyası ixtisaslaşması üzrə neft və qazın kompleks emalının elmi əsasları, nanomateriallar kimyası ixtisaslaşması üzrə neft kimyası, ətraf mühit kimyası ixtisaslaşması üzrə isə neft emalı və neft sənayesinin ekoloji parametrləri fənlərindən imtahan keçirilib.
COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib. İmtahan nəticəsində I kurs magistrantları yüksək nəticə əldə ediblər.
İmtahanlar iyulun 13-də yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər