Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Beynəlxalq Rəssamlar Gününə həsr olunan “Azərbaycan rəssamlarının yaradıcılığında Çin” mövzusunda onlayn seminar təşkil edib.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təsviri incəsənət sahəsində Azərbaycan-Çin münasibətlərinin tarixindən bəhs edib. Hər iki ölkədə rəssamların sərgilərinin təşkilindən danışan R.Abbasov qeyd edib ki, bu sahədə Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş müasir Çin rəssamlarının əsərlərindən ibarət “Bürc” sərgisinin, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində portret və peyzaj janrında Çinin özünəməxsus sənəti olan təbii ipək üzərində işlənmiş, həmçinin qrafik pannoların nümayiş olunduğu sərginin böyük əhəmiyyəti olub.
Şərqi Çin Universitetinin magistri Samirə Məmmədova isə Çinin özünəməxsus rəsm sənəti olan “Qoxua” əsərlərinin yaranma tarixindən və ənənələrindən danışıb, həmin rəsmlərin fəlsəfəsi ilə bağlı bir sıra məsələləri şərh edib, bu sənətdə mühüm hesab olunan “Quşlar və çiçəklər”, “Dağlar və sular” janrları ilə bağlı ətraflı məlumat verib.
ADU-nun çinşünas tələbələri yaradıcılığında Çin mövzusuna toxunmuş Azərbaycan rəssamlarının əsərlərindən bəhs ediblər. Seminarda rəssam Nadir Qafarovun kətan üzərində portret və peyzaj janrında işlədiyi “Böyük Çin səddi”, “Sixua gölü”, “Pekinin Şərq qapıları”, “Parkda qızlar”, “Suçjou ala-qaranlıqda” əsərləri, Nadir Əbdürrəhmanovun qrafika janrında işlədiyi “Çin balıqçıları”, “Şanxay”, rəssam Tahir Salahovun kətan üzərində işlədiyi “Çin balıqçıları ovdan sonra”, “Əlində şərab tutmuş qız”, “Çinli rəssamın portreti”, Altay Sadıqzadənin “Xançjoudan olan rahibə” və s. kimi əsərlərin yaranması ilə bağlı məruzələr dinlənilib.
Tehsil-press.az