Dillər Universitetində Çin rəssamlıq üzrə master-klass

Dillər Universitetində Çin rəssamlıq üzrə master-klass Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Ümumdünya Arı Gününə həsr olunmuş - "Huanyao" Çin peyzaj boyakarlığı üzrə onlayn ustad dərsi keçirib. Bu janrın əsas mövzusu həşəratlar, bitkilər, quşlar olub. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin incəsənətində hər bir təsvirin xüsusi məna və simvolizmlə dolu olduğunu bildirib. Həm rəssam, həm də tamaşaçı təbiət gözəlliyini və ahəngdarlığını öyrənir. Azərbaycan və Çin xalqlarında isə arı Müqəddəs həşərat kimi yad edilir, əməksevərliyin, qənaətcilliyin, məhsuldarlığın və ev ocağının rəmzidir. R. Abbasov həmçinin bildirib ki, arıçılıq qədim zamanlardan Çin və Azərbaycan ərazisində yayılıb, bal əsasında müalicəvi vasitələrdən geniş istifadə edilib, Azərbaycanın dilində və toponimikasında arıçılıq ilə bağlı adlar saxlanılıb, qədim Çin kitablarında arıçılıq sənəti təsvir edilib, Çin şairləri isə arıları şeirlərində vəsf ediblər. Onlayn ustad dərsin iştirakçıları Çin üslubunda arıların təsvirinin texniki üsulları ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər