Azərbaycan Dillər Universitetində Çin döyüş sənəti üzrə ustad dərsi

Azərbaycan Dillər Universitetində Çin döyüş sənəti üzrə ustad dərsi Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Tai chi chuan” - ənənəvi Çin döyüş sənəti və müxtəlif sağlamlıq gimnastikası üzrə ustad dərsi keçirilib.
Tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov konfutsiçilik fəlsəfəsinə, təbiət qanunlarına əsaslanan “Tai chi chuan” sənətinin ortaya çıxması tarixindən və insanın özünün inkişafın unikal sistemi olmasından danışıb.
Məşhur çinli Li Changyong “zəiflərin güclü üzərində üstün olduğu zaman” bu döyüş sənətinin əsas prinsipi kimi Tai Chi texnikasının xüsusiyyətlərindən bəhs edib.
Çindən gəlmiş müəllim tamaşaçılara “Tai chi chuan”ın fərdi üslub və formalarını göstərib.
Sonda ADU-nun tələbələri “Tai chi chuan”ın ayrı-ayrı fəndlərini və sağlamlıq gimnastikasının əsas hərəkətlərini öyrəniblər.


ADU-nun Mətbuat xidməti





Oxşar xəbərlər