Qırğız Respublikasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Çingiz Aytmatov yaradıcılığı gənc tədqiqatçıların elmi araşdırmalarında” adlı beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan, Qırğızıstan, Türkiyə, Tatarıstan (Rusiya), Özbəkistan və Qazaxıstan universitetlərindən 18 gənc alim və tədqiqatçının məruzəsi dinlənilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli konfransda “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrinin inkişafında Çingiz Aytmatov fenomeninin rolundan, Azərbaycanda görkəmli yazıçı haqqında aparılan tədqiqatlardan, əsərlərinin dilimizə tərcüməsi və nəşrindən bəhs edilib.
Xatırladaq ki, Mehman Həsənli Çingiz Aytmatov haqqında filologiya üzrə fəlsəfə doktorluğu işi müdafiə edib, bu mövzuda 40-dan çox elmi məqalənin, iki monoqrafiyanın müəllifidir. Onun “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası dünya şöhrətli yazıçının həyatı, yaradıcılığı və ölkəmizlə əlaqələri haqqında dəyərli mənbədir.
Tehsil-press.az