Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə dünya şöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.
Əvvəlcə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçının həyat və yaradıcılığı barədə məlumat verib, Ç.Abdullayevin qəhrəmanlarının tipik xüsusiyyətləri və siyasi detektiv janr ədəbiyyatında yeri və rolu haqqında fikirlərini bölüşüb.
Sonra Ç.Abdullayev əsərlərinin sujet xətti, filmləri haqqında oxucuların suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
Xalq yazıçısı görüş ərzində ona ünvanlanmış ən yaxşı suala və əsərlərinin ən yaxşı oxucusu müsabiqəsinin qaliblərinə yeni nəşrdən çıxmış kitablarını hədiyyə edib.
Görüşdə yazıçının əsərləri əsasında çəkilmiş “Dronqo”, “Xeyirlə şərin rəqsi” filmlərindən epizodlar nümayiş etdirilib.
Tehsil-press.az