Moskvanın Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) “Müasir türkologiyanın dili, ədəbiyyat və mədəniyyət problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bakı Dövlət, L.N.Qumilyev adına Avroasiya Milli, Kazan (Volqaboyu) Federal, Əl-Fərabi adına Qazax Milli, J.Balasaqın adına Qırğız Milli, Özbək Dünya Dilləri Dövlət universitetləri tərəfindən təşkil olunan konfransda 180 məruzə dinlənilib.
Beynəlxalq tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət, Nizami Gəncəvi adına Ədəbiyyat, A.A.Bakıxanov adına Tarix institutlarının, həmçinin Azərbaycan Dillər, Bakı Dövlət və Bakı Slavyan universitetlərinin nümayəndələri məruzə ilə çıxış ediblər.
Gənc tədqiqatçılar “dəyirmi masa” arxasında “Türkologiyanın dil, ədəbiyyat, mədəniyyət məsələləri” problemlərini müzakirə ediblər.
Plenar iclasda BDU-nun professoru R.Əsgər “Kotadqu biliq” poemasının Azərbaycanda öyrənilməsi”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin böyük elmi işçisi, pedaqoji elmlər namizədi, dosent Sabir Tağıyev “Azərbaycan Albaniyasında qoşa kilsələrin sirləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans işini “Türk yazısı və mədəniyyətinin nəzəriyyəsi və tarixi”, “Müasir türk dilşünaslığında dillərin öyrənilməsi və təlimi məsələləri”, “Ustad dərsi”, “Türk dil və mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Türkdilli xalqların milli və rusdilli ədəbiyyatlarında tərcümənin nəzəri və praktik məsələləri” bölmələrində davam etdirib. Bölmə iclaslarında yüzədək məruzə dinlənilib, müzakirələr aparılıb.