Etirazçılar traktorlarla parlament binasına girmək istədilər - Video

Etirazçılar traktorlarla parlament binasına girmək istədilər - Video Moldovada hökumətin istefasını tələb edən fermerlər traktorlarla parlament binasına girmək istəyiblər.
Paytaxt Kişinyovda fermerlər ölkədəki yay quraqlığı səbəbindən hökumətdən dəstək istəyiblər, ƏDV nisbətinin yüzdə 8-dən 12-yə qaldırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxıblar.
Layihənin müzakirə olunduğu parlament iclasını əngəlləməyə çalışan nümayişçilər traktorları ilə parlamentin bağçasına girməyə çalışıblar.
Bunun qarşısını almağa çalışan polislə etirazçılar arasında toqquşma olub. Polis nümayişçilərə bibər qazı ilə müdaxilə edib.
Moldova Daxili İşlər Nazirliyinin məlumatına əsasən, toqquşmada 4 polis əməkdaşı yaralanıb.



Tehsil-press.az

Oxşar xəbərlər