Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının professoru Sevinc Hacıyeva və dosenti Təranə Əliyeva, Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifovanın həmmüəllifi olduqları “Azərbaycanın Böyük Şor gölünün ekoloji vəziyyəti” adlı məqalə “Environmental Monitoring and Assessment” jurnalında dərc edilib.
Məqalədə Abşeron yarımadasının Böyük Şor gölü və ətraf ərazilərində aparılmış ekoloji monitorinqin nəticələri verilib. Aparılan tədqiqat işində laboratoriya analizləri nəticəsində götürülən su nümunələrində ümumi karbohidrogenlər, toksiki metallar, asılı maddələr və digər çirkləndiricilərin yüksək qatılığı aşkar edilib. Böyük Şor gölü ətrafındakı ərazilərdə torpağın ağır metallarla çirklənmə dərəcəsi və mezofaunanın taksonomik tərkibi də tədqiq edilib. Qeyd edək ki, jurnalın impakt faktoru son beş il üçün 2.273-dür.

Tehsil-press.az

Oxşar xəbərlər