Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu məqalə “Web of Science” (“Clarivate Analitics”) elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc edilib.
İngilis dilində “Qeyri-steril qarğıdalı ekstraktı qumun xassələrini yaxşılaşdıran Sporosarcin pasteurii bakteriyasını becərmək üçün yeni səmərəli qidalı mühitdir” adlı məqalə “Journal of Applied Microbiology” nəşrində yayımlanıb. Jurnalın impakt faktoru 3,066-dur.
Məqalədə Sporosarcina pasteurii bakteriyasını iqtisadi cəhətdən səmərəli qeyri-steril qarğıdalı ekstraktında becərməklə yüksək ureaza aktivliyinə malik biokütlənin alınması və onun qumun xassələrinin yaxşılaşdırılması üçün tətbiq imkanları qiymətləndirilib.
Tehsil-press.az