Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanovun universitetin digər alimləri ilə birgə həmmüəllifi olduğu məqalələri “Web of Science”, “Clarivate Analytics” elmmetrik beynəlxalq bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub.
“Azərbaycanın Abşeron yarımadası ərazilərin radioekoloji monitorinqi nəticələrinin xəritələşdirilməsi və qiymətləndirilməsi” (“Mapping and Assessment of the Results on Radioecological Monitoring of the Territories in the Absheron Peninsula of Azerbaijan") adlı məqalə “Şpringer” nəşriyyatının “Rəqəmsal və sənaye 4.0: İqtisadi və sosial inkişaf” ("Digitalization and Industry 4.0: Economic and Societal Development") monoqrafiyasında dərc edilib. Məqalənin elmi nəticələri BDU-da uğurla yerinə yetirilən 3998 saylı STCU qrant layihəsi tədqiqatlarından alınıb. Məqalədə Abşeron yarımadası klasterlərə bölünüb, neftlə çirklənmiş ərazilərdə radiasiya fonu öyrənilib, radiasiyanı yaradan səbəblər təhlil edilərək xəritələnib.
“Maqnetizmin dərman daşınma, MRG və hipertermiyada tətbiqi: icmal” (“Magnetism for Drug Delivery, MRI and Hyperthermia Applications: a Review”) adlı məqalə “Biointerface Research in Applied Chemistry” jurnalında nəşr olunub. Məqalədə dəmir oksid nanohissəciklərinin xərçəng xəstəliyinin diaqnostikası, müalicəsi və dərman daşınma sistemlərində tətbiqi və təhlükəsizliyi ilə bağlı əsasən son illərdə dərc olunmuş ədəbiyyatın təhlili ilə bağlı məsələlərə toxunulub. Biotibbi məqsədlərdə istifadə üçün maqnit nanohissəciklərinə qoyulan əsas tələblər qeyd edilib, həmçinin, quruluş, forma, ölçü ilə maqnit xassələri arasındakı sıx əlaqənin xüsusiyyətləri araşdırılıb. Bununla yanaşı, nanohissəciklərin toksiklik xassələrinin tədqiqinin ədəbiyyat analizi aparılıb.
Tehsil-press.az