Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun türkiyəli tələbələri ilə birlikdə “Turkish Journal of Mathematics” jurnalında dərc olunan “Qızıl Riman strukturlarının inteqrallanması haqqında” adlı məqaləsi “Web of Science” bazasında 43 istinad alaraq, 1440 məqalə arasında 2-ci yerə yüksəlib.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBITAK-ın) nəzəri riyaziyyat üzrə yeganə nəşriolan “Turkish Journal of Mathematics” “Web of Science”, “Clarivate Analytics” elmi məlumatlar platformasının nüfuzlu SCIE indeksinə daxildir. İmpakt faktoru 0,658 olan jurnalda bu günə qədər “Web of Science” bazasına daxil olan 1440 məqalə dərc edilib.
Tehsil-press.az