UNEC-də testlərin hazırlanması metodları ilə bağlı təlimlər keçiriləcək

UNEC-də testlərin hazırlanması metodları ilə bağlı təlimlər keçiriləcək Dövlət İmtahan Mərkəzi (DİM) və UNEC-in birgə təşkilatçılığı ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası ilə bağlı təlimlər keçiriləcək.
Dekabrın 25-29-da təşkil olunacaq təlimlər DİM-in məsul şəxsləri tərəfindən aparılacaq.
Təlimlər “Tədris materiallarından (dərslik, mühazirə materialları, təqdimatlar) istifadə etməklə testlərin hazırlanması üsulları”, “Testlərin formaları və onların tərtibində stilistik, orfoqrafik tələblər”, “Tərtib olunmuş testlərin monitorinqi və ekspertizası” və “Test bazası və onun yenilənməsinə olan tələblər” mövzusunda olacaq.
Təlimlər UNEC-in rəsmi “facebook” (www.facebook.com/unecedu) səhifəsi üzərindən canlı yayımlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər