UNEC-də tədrisin keyfiyyətinin artırılması məqsədilə təlimlər təşkil olunub

UNEC-də tədrisin keyfiyyətinin artırılması məqsədilə təlimlər təşkil olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə distant təlimlər keçirilib.
Təlimlər Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirin ilk günündə dosent Azər Mehdiyev “Sillabusun tərtib edilməsi, məzmunu və strukturuna qarşı tələblər” mövzusunda çıxış edib.
Təlimə müvafiq struktur və bölmə rəhbərləri, həmçinin Zaqatala filialının müəllimləri daxil olmaqla, 400-ə yaxın professor-müəllim heyəti qatılıb.

Tehsil-press.az

Oxşar xəbərlər