UNEC-də təlimlər: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

UNEC-də təlimlər: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə onlayn təlimlərə start verilir.
Noyabrın 26-dan dekabrın 4-dək keçiriləcək təlimləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri Şahlar Məmmədov, Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Səfurə Çərkəzqızı və digər nümayəndələr aparacaqlar.
Təlimlər UNEC-in Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər