Rusiya hökuməti Dağlıq Qarabağda sülhməramlı əməliyyatların aparılması üçün Müdafiə Nazirliyinə büdcədən əlavə vəsait ayırıb.
Bu barədə Rusiya müdafiə nazirinin müavini Tatyana Şevtsova “Krasnaya zvezda”ya müsahibəsində bildirib.
“Mövcud qanunvericiliyə uyğun olaraq sülhməramlı kontingentin təmin edilməsi büdcədən əlavə vəsaitin ayrılması hesabına həyata keçirilir. RF hökuməti tərəfindən müvafiq qərarlar qəbul edilib”, - Şevtsova deyib. Vəsait əsasən Rusiya hərbi kontingentinin qurulması üçün nəzərdə tutulub.
“Dağlıq Qarabağda sülhün qorunması əməliyyatlarında iştirak edən şəxsi heyətə də əlavə ödəmələr nəzərdə tutulub. Onlar ikiqat maaş alacaqlar”, - nazir müavini deyib.
Tehsil-press.az