“Qarabağa 60 hərbçi göndərmişik”

“Qarabağa 60 hərbçi göndərmişik” “Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi ilə bağlı memorandum imzalanıb. Hazırda mərkəzin inşası davam edir”.
Bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.
“İndi heyətimizdən 60 nəfər Azərbaycandadır. Mərkəzin inşası ilə bağlı bütün razılaşmalar əldə edilib, tikinti ilə bağlı bir sıra məsələlər həll edilməkdədir. Bizimkilər ruslarla birlikdə işləyəcək. Onların orada qalma müddətləri barədə Rusiya tərəfi ilə danışacağıq”, - deyə nazir sözlərinə əlavə edib.
Akar qeyd edib ki, işlərə rus və türk generallar birlikdə rəhbərlik edəcəklər. O, Türkiyə Silahlı Qüvvələrinin 30-60 arası nümayəndəsinin Dağlıq Qarabağda atəşkəsin qorunmasına nəzarətdə birbaşa iştirak edəcəyini bildirib.
“Onlar ruslarla birlikdə atəşkəsin davamlılığını təmin etmək üçün hər şeyi edəcəklər”,- deyə H. Akar qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər