Dünya Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

Dünya Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 1,9% təşkil edəcək, 2022-ci ildə iqtisadi artım 4,5%-ə qədər artacaq.
Bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” adlı yanvar hesabatında deyilir.
2021-ci ildə Azərbaycanda iqtisadi fəallıq neftin qiyməti sabitləşdikcə artacaq. Bundan başqa, ölkə iqtisadiyyatı Qarabağın bərpasına yatırılan sərmayələr və çəkilən xərclərdən faydalanacaq.
Azərbaycanla Ermənistan arasında sülh haqqında bəyanat isə öz növbəsində regionda geosiyasi gərginliyi azaldacaq.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in azalması 4% təşkil edəcək ki, bu da 2021-ci ildə iqtisadi artımla 3,4%-ə bərabər olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər