UNEC-də elmi seminar: inkişaf iqtisadiyyatının perspektivləri

UNEC-də elmi seminar: inkişaf iqtisadiyyatının perspektivləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində növbəti elmi seminar keçirilib.
Seminarda İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Günay Quliyeva “Azərbaycanda inkişaf iqtisadiyyatının perspektivləri” mövzusunda çıxış edib. Məruzəçi inkişaf iqtisadiyyatı və ənənəvi iqtisadiyyatın fəqrlərindən danışıb. Bildirib ki, əgər ənənəvi iqtisadiyyat daha çox istehsal amillərini, məhsuldarlığa təsir edən faktorları öyrənirsə, inkişaf iqtisadiyyatı cəmiyyətdə inkişafa təsir edən bütün amilləri, fərdlər arasında münasibətin iqtisadiyyata təsirini, institutların iqtisadi inkişafda rolunu və digər bu kimi məsələləri tədqiq edir. Artıq inkişaf yalnız iqtisadi artımla ölçülmür, ona daha yeni indikatorlar - xoşbəxtlik, gəlirin faydalılığı, məhsuldar məşğulluq, məmnuniyyət hissi və s. daxil edilib. G.Quliyeva, həmçinin ölkələrin inkişaf səviyyəsini müəyyənləşdirmək üçün dünya iqtisadi ədəbiyyatında Dünya Bankı yanaşması və həmin klassifikasiyaya görə dövlətlərin hansı qruplara ayrıldığı barədə məlumat verib.
Təqdimatdan sonra seminarda iştirak edən professor-müəllim heyətinin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər