Böyük Britaniya Çində uyğur türklərinin hüquqlarının pozulması səbəbindən Sincan Uyğur Muxtar Bölgəsində istehsal olunan məhsulların idxalını məhdudlaşdırır.
Bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.
“Çinlə konstruktiv bir münasibət qurmaq və buna nail olmaq üçün yorulmadan çalışmaq istəyirik, ancaq dəyərlərimizi və ya ölkəmizin təhlükəsizliyini qurban verməyə hazır deyilik. Doğru hesab etdiklərimizi söyləməyə və sözlərimizi əməllə dəstəkləməyə davam edəcəyik.
Bu gün bu cür insan haqları pozuntularının qəbuledilməz olduğunu açıq şəkildə nümayiş etdirmək və ingilis iş adamlarını və dövlət qurumlarını bu pozuntulara qarışmaqdan qorumaq üçün yeni tədbirlər elan edirik. Bu tədbirlər kompleksi zəmanət verə bilər ki, dövlət və ya özəl - heç bir Britaniya təşkilatı Sincanda uyğurların və digər azlıqların hüquqlarının pozulmasından və ya buna cəhd edilməsindən qazanc əldə etməyəcək”, - deyə Raab bildirib.
Xatırladaq ki, Britaniya səlahiyyətliləri dəfələrlə Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində "milli azlıqların hüquqlarının pozulması" və “insan haqlarının pozulması” barədə bəyanatlar vermişdilər. Raabın verdiyi məlumata görə, bölgədə təxminən 1 milyon uyğur əmək düşərgəsindədir. Rəsmi Pekin isə bu açıqlamaları sanksiyaların tətbiq edilməsi üçün bəhanə adlandırıb.
Tehsil-press.az