İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Qaidə” terror təşkilatının yeni əsas qərargahının İranda yerləşdiyini iddia edən ABŞ dövlət katibi Mayk Pompeoya cavab verib.
Zərif tvitterdə post paylaşaraq Pompeonu müharibəyə təşviqdə ittiham edib və iddiaları “xəyal məhsulu” adlandırıb.
Qeyd edək ki, ABŞ-ın “The New York Times” qəzeti adı açıqlanmayan kəşfiyyat səlahiyyətlilərinə əsaslanaraq, 14 noyabr 2020-ci il tarixli hesabatında terror təşkilatı “Əl Qaidə”nin ikinci nömrəli adının İsrail agentləri tərəfindən İranda öldürüldüyünü iddia edib. ABŞ Dövlət katibi Mayk Pompeo açıqlamasında İranı terror təşkilatının yeni əməliyyat mərkəzləri yaratmasına icazə verməkdə ittiham edib.
Tehsil-press.az