TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor

TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılmasını təklif etmək üçün iki ildən bir bazar sınaqları keçirəcək.
Bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
O bildirib ki, sınaqlar Yunanıstan, Albaniya və İtaliyanın tənzimləyici orqanları tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçiriləcək.
İcraçı direktor xatırladıb ki, TAP bazar sınaqlarını hələ 2019-cu ilin iyulunda işə salıb:
"Bazar sınaqlarının icbari olmayan mərhələsi artıq başa çatıb. İcbari mərhələ bu ilin iyulunda başlamalıdır".

Tehsil-press.az

Oxşar xəbərlər